Sami Yusifdən Azərbaycana təbrik tviti

10:59 - 13 Noyabr 2020 - Mədəniyyət

Əslən Cənubi Azərbaycandan olan Böyük Britaniyanın məşhur müğənnisi Sami Yusif Azərbaycanı qələbə münasibətilə təbrik edib.

Sənətçi bu barədə tvitterdə məlumat paylaşıb.

“Azərbaycan! Bütün bu sevincli günü qeyd edənlərin hamısına qoşuluram. Bu, sülh və firavan gələcəyə aparan yolda ilk addımdır. Sevgi və sonsuz dualarla Sami Yusif”,- deyə ifaçı bildirib.///qafqazinfo

Xəbər xətti