Azərbaycana dəstəyə görə Kanada bizə embarqo qoydu, biz nə etdik? - Ərdoğan

20:31 - 12 Noyabr 2020 - Xəbər

Qardaş Azərbaycana verdiyimiz dəstəyə görə Kanada pilotsuz uçuş aparatlarımızda (PUA) istifadə etdiyimiz kameralara embarqo qoydu. Biz nə etdik? PUA-larda öz istehsalımız olan kameralar tətbiq etdik.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Prezident bildirib:
"Biz ASELSAN şirkətinin kameralarından istifadə edib yolumuza davam etdik. Həmin kameraların daha yaxşısını istehsal etmək məqsədilə layihələrə başlamışıq".///trend

Xəbər xətti