Ağdaşda 32 yaşlı kişi özünü bıçaqlayaraq öldürüb

16:25 - 12 Noyabr 2020 - HADİSƏ

Ağdaş sakini özünü bıçaqlayıb.

APA-nın xəbərinə görə, hadisə bu gün rayonun Xosrov kəndində qeydə alınıb. Kənd sakini, 1988-ci il təvəllüdlü Umarov Xancan Əmrxan oğlu yaşadığı evdə bıçaqla qarın və döş qəfəsinə xəsarət yetirib. Köməksiz vəziyyətdə qaldığı üçün çoxlu qan itirən Xancan Umarov hadisə yerində dünyasını dəyişib.

Məlumata görə, bir uşaq atası olan Xancan Umarov bu yaxınlarda həyat yoldaşından ayrılıb. Bundan sonra onun psixoloji problemləri yaranıb. Onun özünə qəsd etməsinin dəqiq səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti