İşğaldan azad olunan rayonların polis rəisləri komendant təyin edildi - RƏSMİ

14:46 - 12 Noyabr 2020 - Xəbər

İşğaldan azad olunan rayonların polis şöbələrinin rəisləri komendant təyin edilib.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, "Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli Fərmanı rəhbər tutularaq Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrlərlə işğaldan azad olunmuş rayonların polis şöbələrinin rəisləri həmin rayonların müvəqqəti komendantları təyin olunublar.

Qeyd olunan Fərmandan irəli gələn digər vəzifələrin də icrası davam etdirilir.

 

Xəbər xətti