Avtomobili polis bölməsinin binasına çırpan şəxs yanğın törətdi; polis cinayətkarı həbs etdi - VİDEO

15:02 - 12 Noyabr 2020 - HADİSƏ

İngiltərənin London şəhərində avtomobili polis bölməsinin binasına çırpan cinayətkar yolda yanğın törədib. Ucnoqta.az xəbər verir ki, hadisə noyabrın 11-də axşam Edmonton rayonunda baş verib. Bu barədə “News Exclusive” məlumat yayıb.

Məlumata görə, naməlum şəxs idarə etdiyi avtomobili For-stritdə yerləşən 9 nömrəli polis bölməsinin binasına çırpıb. Daha sonra nəqliyyat vasitəsindən düşən sürücü yola bezin tökərək yanğın törədib.

Bildirilir ki, ardınca polis dərhal cinayətkarı həbs edib. Bütün şəxsi heyət polis bölməsindən təxliyə edilib. Yaralıların olub-olmaması barədə məlumat verilmir.

Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.

 

Namiq Musayev

 

 

Xəbər xətti