Bəyanatın imzalanması hamının xeyirinədir - Türkiyə XİN başçısı

10:50 - 12 Noyabr 2020 - Xəbər

Bəyanatın imzalanması hamının, eyni zamanda ermənilərin xeyirinədir.

Bu barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

M.Çavuşoğlu bildirib ki, hesab edirik ki, son hadisələrdən Ermənistan dərs aldı:

"Qeyd etmək istərdim ki, bizim üçün önəmli olan işğalın bitməsidir. Gələcəkdə də Azərbaycan hansı şərtlərlə uyğun görərsə, Azərbaycanın yanında olacağıq".

 

Xəbər xətti