Etirazçılar Paşinyana ultimatum verib

18:45 - 11 Noyabr 2020 - Xəbər

Ermənistanın paytaxtı İrəvan şəhərində keçirilən mitinqin iştirakçıları Baş nazir Nikol Paşinyana könüllü istefa verməsi ilə bağlı ultimatum veriblər.

APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”nin hadisə yerində olan müxbiri məlumat verib.

Etirazçılar Ermənistanın Baş nazirinə könüllü istefa verməsi üçün gecə yarısına qədər vaxt veriblər.

Xəbər xətti