Mi-17 qəzaya uğradı; ölən və xəsarətlər alanlar var

14:55 - 11 Noyabr 2020 - HADİSƏ

Əfqanıstanın Nanqarxar əyalətində Mi-17 tipli hərbi vertolyot qəzaya uğrayıb. Ucnoqta.az xəbər verir ki, hadisə ötən gün gecə saatlarında Hesarak rayonunda qeydə alınıb. Bu barədə noyabrın 11-də “1TV” telekanalı ölkənin müdafiə nazirliyinə istinadən məlumat verib.

Telekanalın məlumatına görə, qəza texniki nasazlıq səbəbindən baş verib və nəticədə 2 ekipaj üzvü ölüb, 2 hərbçi isə xəsarət alıb.

“Ariana News” telekanalı isə, həmin bölgədə 2 vertolyotun qəzaya uğraması ilə bağlı məlumat yayıb. Məlumatda, qəza nəticəsində 2 nəfərin öldüyü, daha 10 nəfərin də yaralandığı bildirilir.

Həmçinin qeyd edilir ki, qəza ilə bağlı məsuliyyəti Taliban radikal islam hərəkatı öz üzərinə götürüb.

 

Namiq Musayev

Xəbər xətti