Zaqatalada “011” aşdı; 1 ölü, 3 yaralı

13:12 - 11 Noyabr 2020 - HADİSƏ

Zaqatalada 1 nəfərin ölümü 3 nəfərin də xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-nin Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, noyabrın 10-da saat 18 radələrində Zaqatala rayonunun Suvagil kəndi ərazisində kənd sakini Samir Turacov idarə etdiyi “VAZ-21011” markalı avtomobili yolun kənarına aşırıb. Qəza nəticədə 4 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan sürücü orada vəfat edib, daha 3 sərnişinin isə müalicəsi davam etdirilir.

Zaqatala RPŞ tərəfindən araşdırma aparılır.

 

Namiq Musayev

Xəbər xətti