Ağcabədidə “Mercedes” “KamAZ”la toqquşub- ölən var

15:29 - 10 Noyabr 2020 - HADİSƏ

Ağcabədi rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 9-da saat 08.00 radələrində Ağcabədi şəhəri ərazisində şəhər sakini Arif Əliyevin idarə etdiyi “Mercedes” və H.Məmmədovun idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub.  Qəza nəticəsində A.Əliyev hadisə yerində ölüb.

Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Xəbər xətti