"Bu, çox böyük qələbədir"- Allahşükür Paşazadə

13:27 - 10 Noyabr 2020 - Xəbər

“Azərbaycan Prezidenti bizə ölkəmizin qədim şəhəri olan Şuşada bayrağımızın dalğalandırılması, Ermənistanın işğalına son qoyulması barədə müjdəli xəbər verib. Bu, çox böyük qələbədir. Bu qələbənin sevincini yaşamağı Azərbaycan xalqı haqq edir”.

Bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri seyxülislam Allahşükür Paşazadə deyib.
Onun sözlərinə görə, şəhidlərimizin qanı yerdə qalmadı: “Azərbaycan xalqını, Ali Baş Komandanı və Birinci vitse-prezidenti təbrik edirəm. Uca Allaha bu qələbəyə görə şükür edirəm”.///report

Xəbər xətti