“Xocalıdan Xankəndi istiqamətində hərəkət edən düşmən texnikası məhv edilib”- MN

15:35 - 9 Noyabr 2020 - Xəbər

Azərbaycan Ordusu düşmənin canlı qüvvəsi və döyüş texnikasını məhv etməkdə davam edir. Ucnoqta.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. "Noyabrın 9-da günorta saatlarında Xocalı-Şuşa yolu ilə Xankəndi istiqamətində hərəkət edən Ermənistan silahlı qüvvələrinin canlı qüvvə ilə dolu qoşqusunda D-30 topu olan 1 ədəd yük maşını zərbə PUA-sı ilə məhv edilib", - məlumatda qeyd edilib.

Xəbər xətti