Düşmənin 1 tankı və 1 PDM-i zərbə PUA-ları ilə məhv edildi- Video

13:42 - 9 Noyabr 2020 - Xəbər

Şuşa istiqamətində düşmənin mühasirəyə alınan qüvvələrinin məhv edilməsi əməliyyatı davam edib.

Bu barədə Ucnoqta.az-a Müdafiə Nazirliyindən bildirilib. Belə ki, noyabrın 9-da Laçın-Şuşa yolu üzərindəki Zarıslı kəndi yaxınlığında mühasirədən çıxmaq məqsədilə bölmələrimizin üzərinə hücum etməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin 1 tankı və 1 PDM-i zərbə PUA-ları ilə məhv edilib.

Həmin anları əks etdirən videogörüntülər təqdim edilir.

Xəbər xətti