"Azərbaycan Ordusu Şuşa şəhərinə tam nəzarət edir"- Müdafiə Nazirliyi
20:43 - 8 Noyabr 2020 - Xəbər
Ermənistan tərəfi Şuşa döyüşlərindəki uğursuzluğunu ört-basdır etmək və öz cəmiyyətini sakitləşdirmək məqsədilə guya Şuşaya yenidən nəzarəti ələ keçirmək barədə dezinformasiya yayır. Ucnoqta.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bəyan edirik ki, Azərbaycan Ordusu Şuşa şəhərinə tam nəzarət edir.