Düşmə Tərtər, Ağdam və Ağcabədini atəşə tutur
13:52 - 7 Noyabr 2020 - Xəbər
Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər, Ağdam və Ağcabədi rayonlarının kəndlərini artilleriya atəşinə tutur.
Müdafiə Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənə qarşı cavab tədbirləri görülür.