Noyabrın 9-da "ASAN xidmət” mərkəzləri işləməyəcək
16:12 - 6 Noyabr 2020 - Xəbər
9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində qeyri-iş günüdür.
Ucnoqta.az xəbər verir ki, bu barədə ASAN xidmətin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, vətəndaşlar 10 noyabr tarixindən mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.