Ana səhifə
13 Noyabr 2018

Yeni radarların yeri məlum oldu – FOTOLAR

 Ekranlı radar həm foto, həm də video çəkir

 

Ötən həftə Bakı-Ələt yolunun Qaradağ rayonu ərazisindən keçən hissəsində yeni "ağıllı" radarlar quraşdırılıb. “Ucnoqta.az”-ın məlumatına görə, bu radarlar tək gələn maşınların deyil, həm də gedən maşınların sürətlərini ölçür. Adətən sürücülər radarı keçdikdən sonra sürət həddini artırırlar. Bu radarlar isə 200-300 metr məsafədən həm gələn, həm də gedən maşınların sürətini ölçə bilir. Ekranlı radar həm foto, həm də video çəkir. Beləliklə yeni qurğu qayda pozuntularına qarşı təkzibolunmaz dəlillər ortaya qoyur.

Dövlət Yol Polisi İdarəsindən Day.Az saytına bildiriblər ki, yeni radarlar test rejimində çalışır. Onlar yalnız magistral yollarda quraşdırılacaq. Misal üçün, aeroport yolunda, Bakı dairəvi yolunda, Bakı-Quba, Bakı-Şamaxı-Yevlax, Bakı-Astara yollarında.

Tarix
14 Oktyabr 2014 [17:31]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin