“Ermənistan Tovuz, Gədəbəy və Daşkəsənə hücuma davam edir”

09:52 - 6 Noyabr 2020 - Xəbər

“Ermənistan coğrafi cəhətdən döyüş əməliyyatları xəttindən uzaq olan Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən bölgələri ərazilərinə hücum etməyə davam edir”.

Bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev öz tvitter hesabında bildirib.

“Ermənistan bu cür təxribatlarla hərbi əməliyyatlar coğrafiyasını genişləndirməyə çalışır”, - deyə H. Hacıyev qeyd edib.

Xəbər xətti