"Zəngilan istiqamətində düşmənin təxribatının qarşısı alınıb" - RƏSMİ

18:56 - 5 Noyabr 2020 - Xəbər

“Son sutka ərzində əsasən cəbhənin Ağdərə və Xocavənd istiqamətinlə döyüşlər davam edib, Zəngilan istiqamətində düşmənin təxribatının qarşısı alınıb”.

Bunu bu gün keçirilər brifinqdə Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov bildirib.
Ermənistan silahlı qüvvələrinin 10-cu dağatıcı diviziyasının Tərtər istiqamətində Tonaşen kəndində yerləşən 7-ci dağatıcı alayının qərargahı, əsgər kazarmaları, sursatla dolu avtomobil texnikaları və digər hərbi infrastrukturunun dağıdıldığını qeyd edən A. Eyvazov deyib ki, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun apardığı uğurlu əks-hücum əməliyyatı qarşısında aciz qalan Ermənistan feyk xəbərlər yayır: “Azərbaycan Ordusu dəqiq zərbələrlə yalnız legitim hərbi hədəfləri məhv edir və bu, aydın çəkilən görüntülərdə də əksini tapıb”.

Xəbər xətti