Ana səhifə
15 Oktyabr 2018

Süd vəzi əməliyyatları – Müsahibə

Əməliyyatdan sonra şiş xəstəliklərinin əmələ gəlmə ehtimalı minimumdur

 

Azərbaycanın önəmli estetik və plastik cərrahlarından biri,   Uzm. Dr. Mircəfər Seyidin müsahibəsin sizlərə təqdim edirik.

 

- Həkim seçərkən nələrə diqqət etməlisiniz?

- Həkim seçimi, həyatınızda alacağınız ən vacib qərarlardan biridir. Nəticə  olaraq özünüzü əmanət edəcək insanı seçəcəksiniz. Doğru həkimi seçmək, istədiyiniz nəticəni almaq üçün ən vacib addımdır. Bu səbəbdən, əməliyyatı ən doğru həyata keçirən cərrahı seçmək üçün zaman ayırmaq məcburiyyətindəsiniz. Həkim səçmək üçün ən doğru üsullardan biri, bu əməliyyatı daha öncə olunan pasientlərdən məlumat almaqdır. Xəstəxanada fəaliyyət göstərən tanışınız varsa onlarla da məsləhətləşə bilərsiniz. Həkim haqqında ən doğru məlumatı, əməliyyatxana tibb işçilərindən və anesteziya işçilərindən ala bilərsiniz.

 

- Süd vəzi əməliyyatlarından sonra şiş xəstəliklərinin əmələ gəlmə ehtimalı varmı? Süd vəzi böyütmə və dikləşdirmə əməliyyatlarından sonra iz qalırmı?

- Bütün estetik süd vəzi əməliyyatlarında süd yolları qorunduğu üçün əməliyyat olan qadınlar əməliyyat keçirməyən qadınlar kimi süd verə bilər. Amerika və  Avrodada aparılan elmi araşdırmalar göstərib ki, süd vəzi implantı qoyulan qadınlarda, əməliyyat keçirməyən qadınlarla müqaişədə onkolojik xəstəliyə tutulma ehtimalı daha azdır. Bunun səbəbi süd vəzi böyütmə əməliyyatına məruz qalan qadınlarda süd vəzi toxumasının az olmasıdır. Süd vəzi kiçiltmə əməliyyatında onkoloji proseslərin əmələ gəlmə ehtimalı da az olur. Bunun səbəbi əməliyyat zamanı süd vəzidə olan artıq toxumanın əməliyyat yolu ilə kənarlaşdırılmasıdır. Süz vəzi böyütmə və implant ilə dikləşdirmə əməliyyatı süd vəzi giləsi ətrafi (periareolyar) və endoskop köməyi ilə qoltuq altından qoyularsa iz qalmayır.

 

- Sizcə ideal burun əməliyyatı necə olmalıdır?

- Dünyada 6-7 milyard əhali yaşadığını nəzərə alsaq və  onların hər birində burun əməliyyatı icra edərsək, 6-7 milyard fərqli texnika istifadə etməli olarıq. Estetik burun əməliyyatı zamanı öncə burnun ayrı- ayrılıqda elementləri öz aralarında, sonra üzdə olan orqanlarla harmoniya əmələ gətirilməlidir.İdeal burun əldə etmək üçün əməliyyat öncəsi sefalometrik analiz tətbiq edilib milimetrik incələmə aparılarsa, əməliyyat sonrasında istənilən nəticənin alınması qaçınılmazdır. Bu incələmədə sadəcə burun deyil, eyni zamanda üzdə olan digər orqanlar incələnib, ehtiyac olarsa eyni əməliyyatda digər problemlər də həllini tapa bilər. Estetik veə plastik cərrahiyyədə bunun adına Profiloplastika deyilir. Nəticədə ideal burun, mənim fikrimcə, gözəl olan, gözəl olduğu qədər üzə yaraşan, insanın həyat keyfiyyətlərini pozitiv yöndə dəyişən, təbii görünən və ən əsası əməliyyat keçirildiyi bəlli olmayan burunlardır. Bu nahiyənin diametri və bucaqları üz ifadəsinin təyin edicisidir.

 

- Qarın gərmə əməliyyatından sonra hamilə qalmanın risqi varmı? Bu əməliyyatlardan sonra neçə müddətə iş qabiliyyəti bərpa olunur?

- İnsan orqanizmi, həddindən artıq kökəlib arıqlamaq, qadınlarda hamiləlik və yaşlanmanın təsirindən müəyyən dəyişikliklərə məruz qalır. Bu kimi problemləri aradan qaldırmaq üçün Liposuction (kəsik aparmadan piylerin çıxardılması), abdominoplastika (qarın gərmə), qol gərmə, tigh lift (bud gərmə), total body lift kimi estetik cərrahi müdaxilələrə baş vururuq. Əməliyyat öncəsi muayinə zamanı bu müdaxilələrdən hansına ehtiyacı olduğuna pasient ilə birlikdə qərar veririk. Unutmamaq lazımdır ki bütün estetik əməliyyatlar lüks və istəyə bağlıdır və doğru icra olunarsa insan orqanizmi üzərində heç bir ziyanı yoxdur . Qarın gərmə əməliyyatından 1 il sonra hamilə qalına bilər. Əksər əməliyyatlardan 1 həftə sonra əmək qabiliyyəti bərpa olunur.

 

- Estetik əməliyyatların qiyməti nəyə görə hesablanır?

- Əməliyyat qiymətinə təsir edən ünsürlərə istifadə olunan avadanlıq və material, əməliyyatın davam etmə müddəti, anesteziyanın çeşidi və əməliyyatı icra edən cərrahın sərişdəsi ve tecrübəsi daxildir.

Tarix
31 Yanvar 2015 [13:46]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin