Azərbaycanda zəlzələ olub

22:46 - 4 Noyabr 2020 - Xəbər

Azərbaycan ərazisində zəlzələ olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən yeraltı təkanlar yerli vaxtla saat 21:51-də Saatlı stansiyasından 17 km şimal-qərbdə İmişli ərazisində  52 kilometr dərinlikdə qeydə alınıb.

Zəlzələ episentrdə 4, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub.

Xəbər xətti