Ana səhifə
20 Sentyabr 2018

ARDNŞ nəticələri açıqlayıb

Sentyabr ayında BTC kəməri ilə 2,3 milyon ton Azərbaycan nefti nəql olunub

 

 

Ucnoqta.az”ın Dövlət Neft şirkətinə istinadla verdiyi məlumata görə, 2014-cü ilin sentyabr ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 285 min 783 ton Azərbaycan nefti nəql olunub.

 

Bu ilin yanvar- sentyabr aylarında bu kəmərlə 21 milyon 844 min 191 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2014-cü il oktyabr ayının 1-ə qədər BTC-yə 257 milyon 160 min 695 ton neft vurulub.

 

Bundan başqa, cari ilin sentyabr ayında BTC kəməri ilə ümumilikdə 385 min 597 ton Türkmənistan və Qazaxıstan nefti nəql olunub.

 

Eyni zamanda, 2014-cü ilin sentyabr ayı ərzində 2 milyon 543 min 390 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.

 

(Bu həcmin 1 milyon 813 min 20 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil etmişdir). Cari ilin yanvar-sentyabr aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 22 milyon 125 min 785 ton təşkil edib.

 

Ümumiyyətlə, BTC istismara verilən gündən 2014-cü il oktyabr ayının 1-ə qədər Ceyhan limanından 255 milyon 269 min 699 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

Tarix
14 Oktyabr 2014 [17:41]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin