“Ermənistan yeni hərbi cinayətlər üçün zəmin yaradır” - Hikmət Hacıyev

11:07 - 4 Noyabr 2020 - Xəbər

“Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş Ağdam rayonunun kəndlərini ağır artilleriya atəşinə tutur. Ermənistan Xarici İşlər Nazirliyinin verdiyi açıqlamada Azərbaycan mülki vətəndaşlarına qarşı yeni hərbi cinayətləri üçün zəmin hazırladıqları açıq-aşkar görünürdü”.

Bu sözləri Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitterdəki səhifəsində yazıb.

 

Xəbər xətti