Düşmənin tank taborunun komandiri məhv edilib, bir neçə tankı partladılıb

16:56 - 3 Noyabr 2020 - Xəbər

Düşmənin əlahiddə zirehli tank taborunun komandiri məhv edilib. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Cəbhənin Ağdərə istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin 10-cu dağatıcı diviziyasının müdafiə zolağında düşmənin bir neçə tankı sıradan çıxarılıb. Bölmələrimiz tərəfindən görülən tədbirlər nəticəsində 77-ci əlahiddə zirehli tank taborunun komandiri podpolkovnik Nelson Akopcanyan məhv edilib.

Xəbər xətti