"Ermənistan cəbhənin müxtəlif istiqamətlərində təxribata əl atıb"- Hikmət Hacıyev

15:11 - 3 Noyabr 2020 - Xəbər

“Ali Baş Komandanın rəhbərliyi altında Silahlı Qüvvələrimiz fəaliyyətini davam etdirir. Bu gün də Ermənistan silahlı qüvvələri tərəfindən cəbhənin müxtəlif istiqamətlərində təxribata əl atılıb”.

Bu fikirləri Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət tərəfindən də Azərbaycanın ərazi bütövlüyü dəstəklənir: “Bu, ölkə başçısının apardığı uğurlu diplomatik fəaliyyətin nəticəsidir”.///report

Xəbər xətti