Ana səhifə
15 Noyabr 2018

Tarixi və mədəniyyət abidələrimiz şagirdlərə tanıdılır - FOTO

“Tarix və mədəniyyət abidələrinin tanıdılmasında fəallığın artırılması” adlı yeni layihə keçirilir. Layihə çərçivəsində ilk tədbir 129 saylı orta məktəbdə baş tutub. Tədbir “CAUCULT – Qafqaz Mədəni Təşəbbüslər Şəbəkəsi” layihəsinin iştirakçısı  Arzu Soltan tərəfindən gerçəkləşib. Tədbir Avropa Birliyinin Şərq Tərəfdaşlığı üzrə Mədəniyyət Proqramının dəstəyilə həyata keçirilən  “CAUCULT – Qafqaz Mədəni Təşəbbüslər Şəbəkəsi” layihəsinin  bir hissəsidir. “CAUCULT – Qafqaz Mədəni Təşəbbüslər Şəbəkəsi” layihəsinin məqsədi müxtəlif mədəniyyətlərin tanınmasını, mədəni irsin təbliğ edilməsini  dəstəkləməkdir. Layihəyə qatılmış iştirakçılar qarşısında öz icmalarında kiçik layihələr gerçəkləşdirmək vəzifəsi qoyulub. Layihənin iştirakçısı Arzu Soltanın “Tarix və mədəniyyət abidələrinin tanıdılmasında fəallığın artırılması” təşəbbüsü də belə kiçik layihələrdən biridir. Arzu Soltanın həyata keçirdiyi kiçik layihə Bakı məktəblərinin yuxarı sinif şagirdləri üçün maarifləndirici seminar və Forum tamaşalar hazırlamaqla, tamaşaları başqa məktəblərdə də nümayiş etdirməklə bu sahədə irəliləyiş əldə etmək  məqsədi güdür. 

Layihənin məqsədi məktəblilərin tarix və mədəniyyət abidələri haqqında biliklərini qiymətləndirmək, əgər bu məlumatlar kifayət qədər deyilsə, bunun səbəblərini üzə çıxarmaq, iştirakçılara tarix və mədəniyyət abidələrimizin əhəmiyyətini başa salmaq, onların vasitəsilə başqalarını da maarifləndirmək və məktəb yaşından etibarən mədəni irsimizə həssas bir nəslin yetişməsi istiqamətində işə başlamaqdır.

Tarix
14 Oktyabr 2014 [17:17]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin