Otuz yaşlı aktyor avtomobili qaçırılan zaman qətlə yetirilib - FOTO

08:14 - 2 Noyabr 2020 - HADİSƏ

ABŞ-da 30 yaşlı yerli aktyor Eddi Hassel öldürülüb. Ucnoqta.az xəbər verir ki, hadisə Texas ştatında baş verib. Bu barədə “TMZ” məlumat yayıb.

Məlumata görə, Eddi Hassel ona məxsus avtomobil qaçırılan zaman qətlə yetirilib. 

Hasselin meneceri təsdiq edib ki, aktyor ölüb, amma dəqiq səbəblərini açıqlamayıb.

Hazırda hadisənin təfərrüatları araşdırılır.

Qeyd edək ki, Eddi Hassel “Səth”, “Qəddar qulluqçular”, “Sümüklər”, həmçinin “Cobs”, “Ailə həftə sonu”, “2012” və digər filmlərdə rol alıb.

 

Namiq Musayev

Xəbər xətti