Düşmənin hərbi avtomobil korteji məhv edilib- Video

21:49 - 1 Noyabr 2020 - Xəbər

Oktyabrın 31-də saat 17:00 radələrində ərazinin havadan müşahidəsi zamanı cəbhənin Xocavənd istiqamətində hərbi avtomobil kortejinin hərəkəti qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. İstiqamətlənmiş və kombinəedilmiş havadan və artilleriyanın dəqiq atəş zərbələri ilə kortejin tərkibində olan bir neçə avtomobil və şəxsi heyət məhv edilib.

Kortejin məhv edilməsinin videogörüntüsünü təqdim edirik.

Xəbər xətti