“Azərbaycan Ordusunun Şuşanı atəşə tutması xəbəri düşmənin növbəti yalanıdır”- Müdafiə Nazirliyi

20:47 - 31 Oktyabr 2020 - Xəbər

Ermənistan KİV-nin guya Azərbaycan Ordusunun bölmələrinin Şuşanı atəşə tutması barədə yaydığı xəbər düşmənin növbəti yalanıdır və vəziyyətin gərginləşdirilməsi məqsədi daşıyır.

Bu barədə Ucnoqta.az-a Müdafiə Nazirliyindən bildirilib. Bir daha bildiririk ki, bölmələrimiz yalnız düşmənin atəş nöqtələrinə cavab zərbələri endirir.

Xəbər xətti