Əli Əsədov Türkiyənin vitse-prezidentinə zəng vurub

19:55 - 30 Oktyabr 2020 - Xəbər

Azərbaycanın Baş Naziri Əli Əsədov oktyabrın 30-da Türkiyənin vitse-prezidenti Fuat Oktaya telefonla zəng edib.

Nazirlər Kabinetindən Ucnoqta.az-a verilən məlumata görə, Baş Nazir Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar Azərbaycanın qardaş ölkəyə hər cür yardım göstərməyə hazır olduğunu vurğulayıb.

F.Oktay telefon zənginə və göstərilən diqqətə görə minnətdarlığını bildirib.

Xəbər xətti