Pediatriya İnstitutuna yeni direktor təyin edildi

16:03 - 30 Oktyabr 2020 - Xəbər

Allahverdi Aydın oğlu Musayev K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna direktor vəzifəsinə təyin edilib.

Bununla bağlı TƏBİB-in idarə heyətinin sədri Ramin Bayramlı müvafiq əmr imzalayıb.

Qeyd edək ki, A. Musayev Azərbaycan Tibb Universitetində bakalavr təhsili, İzmir şəhərinin Ege Universitetində isə ixtisas (Uşaq cərrahiyyəsi) təhsili alıb. Tibb üzrə fəlsəfə doktorudur.

Daha öncə Musa Nağıyev adına Təcili Tibbi yardım Xəstəxanası, K.Fərəcova adına ETPİ Uşaq Cərrahiyyəsi, Mərkəzi Nefçilər xəstəxanası, Klinik Tibb Mərkəzinin Uşaq Cərrahiyyəsi şöbəsində həkim-cərrah olaraq çalışıb.///qafqazinfo

Xəbər xətti