İrandan Qarabağla bağlı TƏKLİF: Rusiya və Türkiyə...

15:49 - 30 Oktyabr 2020 - DÜNYA

Dağlıq Qarabağ problemi regional səviyyədə - Rusiya və Türkiyənin iştirakı ilə həll edilə bilər.

Bu barədə RİA “Novosti”yə İran prezidentinin xüsusi nümayəndəsi, ölkənin Xarici İşlər nazirinin müavini Seyid Abbas Araqçı bildirib.

Araqçı rəsmi Tehranın Qarabağ problemini həll etmək planının mahiyyətini şərh edib: “İran planının ən vacib xüsusiyyəti regional yanaşmaya sahib olmasıdır. Regional yanaşmadan istifadə edərək və bölgədəki nüfuzu olan ölkələrin iştirakı ilə bu böhranla mübarizə apara bilərik. Təbii ki, Rusiya və Türkiyə regiondakı ən vacib ölkələrdən biridir”.

Xəbər xətti