Azərbaycanda 1022 nəfər COVID-19-a yoluxub

15:10 - 30 Oktyabr 2020 - Xəbər

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 022 yeni yoluxma faktı qeydə alınıb, 480 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Ucnoqta.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 54 174 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 42 996 nəfər müalicə olunaraq sağalıb, 718 nəfər vəfat edib, aktiv xəstə sayı 10460 nəfərdir.

Ölkədə son sutka ərzində 10 179, hazırkı dövrədək isə 1 341 466 test aparılıb.

Xəbər xətti