Gürcüstanda TIR mikroavtobusuna çırpıldı; 5 ölü, 11 yaralı - FOTO

Gürcüstanın Qori şəhəri yaxınlığında iki nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol qəzası baş verib. Ucnoqta.az xəbər verir ki, hadisə oktyabrın 30-da gecə saatlarında Tbilisi-Senaki-Leselide avtomagistralının 77-ci kilometrliyində qeydə alınıb. Bu barədə ölkənin Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Türkiyə qeydiyyat nömrə nişanlı “DAF” markalı TIR, sərnişin mikroavtobusuna çırpılıb. Qəza nəticəsində 5 nəfər ölüb, 11 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar, hadisə yerinə cəlb edilən təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Qeyd edilir ki, mikroavtobusda Sameqrelo bölgəsindən olan müxalif "Vahid Milli Hərəkat" partiyasının tərəfdarları olub.

Hazırda faktla əlaqədar cinayətə işi açılıb, araşdırma aparılır.

 

Namiq Musayev

Tarix
30 Oktyabr 2020 [08:22]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-10-30 08:22:40
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin