Ana səhifə
21 Sentyabr 2018

“Mehriban Əliyevaya məni ölümdən qurtardı” - Xalq artisti

Bir neçə gün əvvəl halı pisləşərək, reanimasiyaya yerləşdirilən Xalq artisti Nuriyyə Əhmədova evə buraxılıb.

 

 

Ucnoqta.az xəbər verir ki, o, aznews.az-a açıqlamasında bildirib ki, səhhətinin qaydaya düşməsində Heydər Əliyev Fondunun xüsusi diqqətinin rolu olub.

 

“Sağlamlığımda xidməti olan ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban xanım Əliyevaya öz təşəkürümü bildirirəm. Məni o sağaltdırdı, ölümdən qurtardı”.

 

Aktrisa, həmçinin Mədəniyyət və Turizm Nazirliyinə, Səhiyyə Nazirliyinə də minnətdarlıq edib: “Mənə çox yüksək səviyyədə xidmət göstərdilər. Bütün xəstəxana heyəti başımın üstündə idi. Sağ olsunlar. Onların diqqəti və qayğısı sayəsində özümə gəldim və nəhayət ki, dünən xəstəxananı tərk etdim, çünki orda çox qala bilməzdim”.

 

N.Əhmədova xəstəxanada çox qala bilmədiyinin səbəbini belə açıqlayıb: “Uşağa görə narahat oluram, çünki ortalarda qalıb. Mən evdə olmasam, alınmır”.

 

Aktrisa xəstə olduğu müddətdə onunla maraqlanan hər kəsə təşəkkür edib.

 

Qeyd edək ki, Xalq artisti N.Əhmədova hipertoniya və qan dövranının pozğunluğu diaqnozu ilə bir neçə gün öncə Əjdər Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Tarix
31 Yanvar 2015 [11:42]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin