Prezidentin köməkçisi Bərdəyə getdi

09:15 - 29 Oktyabr 2020 - Xəbər

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Bərdə və Tərtər rayonlarına yola düşüb.

Bu barədə o, tvitter səhifəsində bildirib.
“Biz beynəlxalq KİV-ə və diplomatik korpusa Ermənistanın heç bir günahı olmayan dinc sakinlərə qarşı qəsdən hərbi cinayətlərini göstərmək üçün Bərdə və Tərtərə gedirik. Onlar Ermənistanın hərbi-siyasi rəhbərliyinin cinayətlərini yerindəcə görəcəklər. Şəfqət üçün diplomatik korpusumuza təşəkkür edirik!”, - deyə Hacıyev yazıb.

Xəbər xətti