“Bərdə şəhərinə “Smerç” raket sistemindən raket zərbələri endirilib”- Hikmət Hacıyev

14:37 - 28 Oktyabr 2020 - Xəbər

“Bu dəqiqələrdə Bərdə şəhərinə “Smerç” raket sistemindən raket zərbələri endirilib”.

Bunu Azərbaycanda akkreditasiya olunmuş xarici ölkələrin səfirləri üçün bu gün ADA Universitetində keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, artıq ölənlər və yaralananlar barədə ilkin məlumatlar var: “Ermənistanın bu terroru, Azərbaycan xalqına qarşı müharibə cinayətləri hələ də davam etməkdədir”.///Apa

Xəbər xətti