Gürcüstanda daha 1731 nəfərdə koronavirus aşkarlandı

13:24 - 28 Oktyabr 2020 - DÜNYA

Gürcüstanda son 24 saat ərzində daha 1 731 nəfərdə COVID-19 aşkarlanması ilə ölkədə koronavirusa yoluxma halı 33 min 858-ə çatıb.

“Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, ölkədə sutka ərzində daha 15 nəfərin xəstəlikdən vəfat etməsi ilə ölüm hallarının sayı 253-ə çatıb. Ümumilikdə sağalanların sayı isə 14 min 829 nəfərdir.

Qeyd edək ki, ölkədəki epidemioloji vəziyyətlə əlaqədar Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Mülki Aviasiya Agentliyi müntəzəm uçuşlara qadağanı 30 sentyabrdan 31 oktyabradək uzatmağa qərar verib.

Xəbər xətti