Türkiyədə son sutkada koronavirusdan 75 nəfər ölüb

Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 75 nəfər ölüb.

Bu barədə Türkiyənin səhiyyə naziri   Fəxrəddin Qoca bildirib.
Nazir açıqlamasında qeyd edib ki, son 24 saatda  132 913 şübhəli koronavirus testindən keçib, onlardan 2198-nin cavabı pozitiv çıxıb, 1618 xəstə isə sağalaraq evə buraxılıb. Ağır xəstə sayı 1780 nəfər olub.   

Türkiyədə ümumilikdə 363 999 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 97 874 nəfər ölüb.

F.Qoca xəstəliyə yoluxma, ağır xəstə sayının artmasından narahatlığını ifadə edərək bir daha vurğulayıb ki, COVID-19-la mübarizə üçün ən güclü silah tədbirlərə düzgün riayət etməkdir.///Apa

Tarix
26 Oktyabr 2020 [21:30]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-10-26 21:30:58
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin