Hikmət Hacıyev: "Bu gün Azərbaycanın yaşayış məntəqələrinə 200-dən artıq mərmi atılıb"

18:51 - 26 Oktyabr 2020 - Xəbər

“Ermənistan silahlı qüvvəlləri humanitar atəşkəsi kobud şəkildə pozaraq Tərtər rayonunu intensiv atəşə tuturlar. Artilleriya və raketlərdən istifadə olunur”.


Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdə yazıb.

“Bu gün ərzində Tərtər daxil olmaqla Azərbaycanın yaşayış məntəqələrinə 200-dən artıq mərmi atılmışdır”, - o qeyd edib.

Xəbər xətti