Ana səhifə
20 Noyabr 2018

Prezidentlər İŞİD və Ebolanı müzakirə etdi

ABŞ Prezidenti Barak Obama ilə Fransa Prezidenti Fransua Olland İŞİD terror təşkilatı və Ebola epidemiyası mövzularını müzakirə ediblər.

 

 

Ucnoqta.az” Anadolu Agentliyi-nə istinadən xəbər verir ki, iki lider müzakirədə Ebola ilə mübarizədə beynəlxalq cəmiyyət və Avropa Birliyinin (AB), NATO və Dünya Səhiyyə Təşkilatı (DSÖ) ilə daha sıx əməkdaşlıq etməli olduğunu dilə gətirib.

 

Olland müzakirədə Fransanın Keniyanın yeni Ebola müalicə mərkəzi yaradılması tələbini yerinə yetirəcəyini bildirib. Prezident virusun yayıldığı bölgələrdən gələn uçuşlara qarşı yeni müayinələrin də planlaşdırıldığını qeyd edib.

 

İki lider İŞİD terror təşkilatı ilə mübarizədə  qərarlı olduqlarını bildirərək Suriyadakı radikal olmayan müxalifətə verilən dəstəyin artırılması mövzusunda həmfikir olduqlarını qeyd ediblər. Liderlər eyni zamanda İraqdakı yeni rəhbərliyə və İŞİD-lə mübarizə aparan təhlükəsizlik qüvvələrinə dəstək olduqlarını bildiriblər.

Tarix
14 Oktyabr 2014 [16:44]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin