Pakistan Fransaya etiraz notası verib

14:01 - 26 Oktyabr 2020 - DÜNYA

Pakistan Fransa Prezidenti Emmanuel Makronun İslam əleyhinə açıqlamaları ilə əlaqədar etiraz notası verib.

Nota Fransanın İslamabaddakı səfirinə təqdim edilib.
Pakistanın Xarici işlər naziri Şah Mahmud Qureyşi BMT-ni Parisin əməllərinə diqqət ayırmağa çağırıb.

Nazir bildirib ki, E.Makron məsuliyyətsiz açıqlamaları ilə radikalizm və dinlərarası ədavəti körükləyir:
“Heç kimin milyonlarla müsəlmanın hissləri ilə oynamaq hüququ yoxdur”.///trend

Xəbər xətti