“Biz döyüş meydanında tarixi ədaləti bərpa edirik”- Azərbaycan Prezidenti

12:31 - 26 Oktyabr 2020 - Xəbər

“Bir aya yaxındır ki, İkinci Qarabağ Müharibəsi davam edir”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib.
Dövlət başçısı deyib ki, bu müharibə xalqımız üçün Vətən Müharibəsidir:

“Biz Vətən torpaqlarını işğalçılardan azad edirik. Bu müddət ərzində şanlı Azərbaycan Ordusu bir çox yaşayış məntəqəsini düşməndən azad edib. Biz döyüş meydanında tarixi ədaləti bərpa edirik. Çünki Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb, yaradıb və qurub. Qarabağ tarixini biz yaxşı bilirik”.///Apa

Xəbər xətti