Mingəçevirdə qonşular dalaşıb- iki nəfər xəsarət alıb

20:37 - 25 Oktyabr 2020 - Xəbər

Mingəçevirdə qonşular arasında dava düşüb, xəsarət alanlar var.

APA-nın məlumatına görə, hadisə Yeni Həyat köçkün qəsəbəsində baş verib.

Mübahisə və münaqişə zəminində 4-5 qonşunun iştirakı ilə kütləvi dava düşüb. Hadisə nəticəsində biri yüngül olmaqla iki nəfər xəsarət alıb. 1986-cı il təvəllüdlü Ağdam rayon sakini Əliyev Nofəl Famil oğlu və onun xanımı Əliyeva Bəyaz Yusif qızı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti