Ana səhifə
17 Avqust 2018

“Birinci kursda nişanlandım” - Müsahibə

Mirzə Xəzər: “Tələbə bileti aldığım gün təkcə mənim üçün yox, valideynlərim üçün də ən xoşbəxt gün olub”

 

 

25 il öncə…Yaxşı xatırlayıram, 12 yaşındaydım. Bakıda keçirilən nümayişlər öz pik həddinə çatmışdı. Şayiələr gəzirdi ki, Bakıda qırğın ola bilər. Uşaq olmağıma baxmayaraq baş verənləri atamla birgə böyük həyəcanla izləyirdim. Nəhayyət, təqvimdə 19 yanvar, soyuq qış axşamı. Ailəcə televizorun qarşısındaydıq. Anidən “AzTV” kanalında yayın dayandı. Bunu daha çox texniki qəza kimi qəbul edib, səhəri gözlədik. Səhər açılar-açılmaz atamdan ilk eşitdiyim xəbər Sovet ordusunun Bakıya girməsi və dinc əhalini güllə-baran etməsi xəbəri oldu. Qardaşım Bakıda ali məktəbdə oxuduğu üçün bizim narahatçılığımız başa düşülən idi. O günlər Bakının "Şanlı Qızıl Ordu" tərəfindən qızıl qana boyanmasını Mirzə Xəzərdən duyduq. İnanılması zor olan gerçəkləri duyduq…

 Qəzetimizin şəmbə nömrəsində yayımlanan “Tanınmışların yadda qalan tələbəlik illəri” rubrikası üçün müsahibə almaq istəyimizi şəxsinə bildirəndə bizi gözlətmədən razılıq verdi.

Tərcümeyi-halına nəzər yetirəndə Mirzə müəllimin görkəmli jurnalist, böyük naşir kimi tanınmasına baxmayaraq, ixtisasca jurnalist olmadığını öyrəndik. O, 1973-cu ilin iyun ayında Azərbaycan Dövlət Universitetinin hüquq fakultəsini bitirib. 1974-cü ilin yanvar ayınadək Sumqayıtda vəkil işləyib. 1974-cü ilin iyun ayında SSRİ-ni tərk edib, İsrailə mühacirət edib. 1975-ci ildə İsraildə Tel-Əviv Universitetinin SSRİ-dən gəlmiş hüquqşunaslar üçün açılan xüsusi kurslarında oxuyub. 1975-1976-cı illərdə İsrail ordusunda xidmət edib. Sonrakı həyat və fəaliyyətini jurnalistikaya bağlayıb.

Onun uşaqlığından və tələbəlik illərindən yadda qalan xatirələri canlandırmaq üçün bir neçə sualımıza özündən elə yazılı cavab aldıq.

 

- Mirzə müəllim uşaqlıq illərinizi necə xatırlayırsınız?

 

- 1947-ci ildə Göyçay rayonunda anadan olmuşam. Mən 12 yaşıma qədər uşaqlıq illərimi bu rayonunda keçirmişəm. Ona görə də bəlkə xatirimdə o qədər şey qalmayıb. Uşaqlıq xatirələrim o biri uşaqların xatirələri kimidir. Amma ordakı evimiz, küçəmiz yaxşı yadımdadır. O vaxt əmimizlə eyni həyətdə yaşayırdıq. Ailədə uşaq çox idi. Əmimi tez-tez tuturdular. Elə atamıda həbs ediblər. Uşaq olarkən Gəncəyə onun görüşünə getdiyimi olduğu kimi xatırlayıram. Doğulduğum rayonumla bağlı həm xoş və həm də kədərli xatirələrim var. Onlar içərisində ən yadda qalan obrazlı, mənzərəli hadisələr çox olub. Məsələn, həyətimizə tez-tez milis işçilərinin gəlib axtarışlar apararması, qardaşım Çingizin 9 yaşında küçədə maşın vurması nəticəsində həlak olmasını xüsusi qeyd edə bilərəm. Həmin hadisə yerində qışqırmalar, ağlaşmalar daim yadımdadır.

1959-cu ildə artıq 12 yaşımda olarkən məcbur olub Bakıya köçdük və orada yaşamağa başladıq. Beləliklə uşaqlıq illərimin qalan dövrü Bakıda keçib. 19 ildən sonra 1993-cü ildə Bakıya qayıtdıqdan sonra dostlar dedilər ki, gəlin Göyçaya gedəyin, razı olmadım. Dedim küçələr mənə dar gələcək. Çünki uşaqlıq xatirələrimdə olduğum yerlər, küçələr geniş, yaraşıqlı qalıb. Reallıq o xatirələrimi bəlkədə poza bilərdi.

 

-  Mirzə müəllim tələbəlik illəriniz hansı dövrü əhatə edir, hansı ali məktəbdə təhsil almısınız?

 

- Tələbəlik illərim 1968-1973-cü illəri əhatə edir. Azərbaycan Dövlət Universitetinin (BDU-nun) hüquq fakultəsində təhsil almışam. Ali məktəbdə oxuyanda çox maraqlı illər keçirmişik. Bəlkədə indi deyəcəklərim çox maraqlı səslənə bilər. Müəllimlərdən rəhmətlik Murtuz Ələsgərov, Vahid Qəhrəmanov yadımda qalıb. 1973-cü ildə Universiteti bitirdim. Atam 70-71-ci illərdə ağır xəstəliyə - “xərçəng”ə düçar oldu. Çox yerlərə gedib müayinə olundu, qohum-əqrəba çox çalışdılar sağalsın. Amma dərdinə əlac olmadı. Artıq heç bir yol qalmamışdı. Pul, imkan da yox idi, Təsəvvür edin, əlində böyük imkanlar olan bir insan elə bir vəziyyətə gəlib çatmışdı ki, ailəyə çörək almağa pulu olmazdı. 

 

- Tələbə qəbul olunmağınızı, qəbul imtahanlarını necə xatırlayırsınız?

 

- Qəbul imtahanları həyatımın ən həyəcanlı anları kimi yaddaşımda qalıb. Tələbə bileti aldığım gün təkcə mənim üçün yox, valideynlərim üçün də ən xoşbəxt gün olub.
 

- Niyə məhz bu ixtisası seçdiniz?

 

- Hüquqşünaslığa marağım böyük idi. Hüquqşünaslıq tarixində izi qalan bir sıra görkəmli vəkilin məhkəmə çıxışları məni valeh edirdi. Bununla yanaşı isə hüquq fakultəsi o dövrün ən samballı, elitar fakultəsi sayılırdı.

 

- Tələbəlik zamanı harada qalırdınız?

 

- Bizim Bakıda böyük evimiz var idi. Mən valideynlərimlə öz evimizdə qalırdım.
 

- Məlum olduğu kimi, tələbəlik gənclik dönəminizin ən gözəl illəri olub. Bu yolu keçən hər bir şəxsin başına maraqlı, yadda qalan hadisələr gəlir. O illərə qayıdanda da ilk olaraq həmin hadisələr yada düşür. Sizin üşün o illərdən ən yadda qalan xatirələr nə olub?

 

- Ən yadda qalan hadisələr imtahanlardan uğurla çıxdığım anlarla əlaqədardır. Ən əlamətdar günlərdən birincisi birinci kursda olarkən nişanlandığım gün, ikincisi ikinci kursda olarkən evləndiyim gün, üçüncüsü üçüncü kursda olarkən ilk dəfə ata olduğum gün, dördüncüsü dövlət imtahanını müvəffəqiyyətlə başa vurduğum və elə bu anda ikinci dəfə ata olduğum gündür.


- Aldığınız təqaüd aylıq xərclərinizi ödəyirdi, yoxsa ay sona çatmamış pulunuzu xərcləyib bitirir və evdən əlavə xərclik gözəyirdiniz?

 

- Mən təqaüd almırdım. Maddi baxımdan sıxıntım olmayıb.
 

 

- Mirzə müəllim tələbə yoldaşlarınızla heç “Məzun günü” qeyd etmisiniz?

 

- Yox, təəssüf ki, yox. Çünki universiteti bitirəndən sonra Azərbaycanda sadəcə bir il qaldım. Altı ay Sumqayıtda vəkil işlədim. 1974-cü ilin iyun ayında, yəni universiteti bitirəndən bir il sonra SSRİ-dən (Azərbaycandan) xaricə köçdüm.

 

- Hazırda sıx dostluq münasibətində olduğunuz və görüşdüyünüz tələbə yoldaşlarınız var?

 

- Azərbaycanda olarkən dost olduğum tələbə yoldaşlarım var idi. Amma xaricə köçəndən sonar əlaqələr qırıldı.
 

- Mirzə müəllim hansı nəsli danışdıranda onların giley-güzarı belə olur ki, “bizim vaxtımızda tələbəlik belə olmayıb, daha yaxşı olub” deməklə, özündən sonrakı nəsillərin bəyənmirlər. Siz öz tələbəlik illərinizlə indikilər arasında hansı üstün və geridə qalan fərqləri görürsünüz?

 

- Bu suala məmnuniyyətlə cavab verərdim. Amma mən 40 ildir Azərbaycanda yaşamıram, tələbələrin real həyatı ilə tanış deyiləm. Amma bunu deyə bilərəm ki, həyat, zaman eyni nöqtədə donub qalmır – dəyişir, dəyişiklik gətirir. İnsanlar dəyişir, dəblər dəyişir, həyata baxış dəyişir, ətraf mühit dəyişir, dünya dəyişir. Və belə olduqda Azərbaycanda tələbə gənclərin 10, 20, 30, 40 ilə nisbətən dəyişməsi təbiidir. Yetər ki, hər şey dəyişsə də, təhsilin keyfiyyəti aşağı düşməsin, pisləşməsin.

 

 

Əfsun

Tarix
31 Yanvar 2015 [16:13]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin