Türkiyə-Fransa arasında diplomatik qalmaqal başlayıb

Rəcəb Tayyib Ərdoğanın Fransa prezidenti Emmanuel Makronu və bu ölkənin İslam dininə qarşı apardığı siyasəti sərt tənqid etməsindən sonra rəsmi Paris Ankaradakı səfirini məsləhətləşmələr aparmaq üçün geri çağırıb.

Bu barədə “France Presse” agentliyi məlumat yayıb.

Həmçinin Türkiyənin Fransadakı səfiri İsmayıl Hakkı Musa Fransanın Xarici İşlər nazirliyinə çağırılıb.

Türkiyə səfirinə bildirilib ki, bunun səbəbi R.T. Ərdoğanın Fransa əleyhinə “aşağlayıcı” çıxışlar etməsidir.///oxu.az

 

Tarix
24 Oktyabr 2020 [21:51]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-10-24 21:51:18
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin