Gəncədəki erməni terroru nəticəsində həlak olan Rusiya vətəndaşının xatirəsi yad edilib - FOTO

20:48 - 24 Oktyabr 2020 - Xəbər

Ermənistan Silahlı Qüvvələrinin Gəncəni atəşə tutması nəticəsində ölən Rusiya vətəndaşı, 13 yaşlı Artur Mayakovun xatirəsini ehtiramla yad edilib.

Aksiya Rusiyanın Azərbaycandakı səfirliyi qarşısında təşkil edilib.

Qeyd edək ki, Ermənistanın Gəncəyə raket zərbəsi nəticəsində oktyabrın 17-də yaralanan həyat eşqi ilə dolu və gələcəyi xəyal edən 13 yaşlı Rusiya vətəndaşı Artur Vladimiroviç Mayakov bu gün vəfat edib.///trend


Xəbər xətti