Rusiya səfirliyi erməni atəşi nəticəsində ölən yeniyetmə ilə bağlı məlumat yayıb

17:01 - 24 Oktyabr 2020 - Xəbər

17 oktyabrda raket zərbəsi nəticəsində xəsarət almış Rusiya Federasiyasının vətəndaşı 2007-ci il təvəllüdlü Artur Mayakov bu gün Gəncə şəhərində yerləşən xəstəxanada vəfat edib.

APA-nın xəbərinə görə, bu barədə Rusiyanın Azərbaycandakı səfirliyinin “Twitter” hesabında bildirilib.

“Səfirlik mərhumun qohumları və yaxınları ilə təmasdadır və onlara dərin hüznlə başsağlığı veririk”, - deyə qeyd olunub.

Xəbər xətti