Türkiyə XİN ASALA-nın hücumu nəticəsində Fransada qətlə yetirilən türk diplomatla bağlı paylaşım edib

15:36 - 24 Oktyabr 2020 - DÜNYA

Türkiyənin Xarici İşlər Nazirliyi ASALA terror təşkilatının hücumu nəticəsində Fransada qətlə yetirilən türk diplomatla bağlı paylaşım edib.

Paylaşımda deyilir: “Terror təşkilatı ASALA-nın mənfur hücumu nəticəsində 24 oktyabr 1975-ci ildə Parisdə şəhid olan səfirimiz İsmail Erez və sürücüsü Talip Yeneri hörmət və mərhəmətlə yad edirik”.

 

Xəbər xətti