Əks zolağa çıxan “Pejo” “Reno” ilə toqquşdu; 3 ölü, 1 yaralı - VİDEO

11:11 - 24 Oktyabr 2020 - HADİSƏ

Ukraynanın Lvov əyalətində iki minik avtomobilinin iştirakı ilə ağır yol qəzası baş verib. Ucnoqta.az xəbər verir ki, hadisə oktyabrın 23-də axşam saatlarında Kiyev-Çop avtomagistralının Paseki-Zubriçki kəndi ərazisində qeydə alınıb. Bu barədə Milli Polisin mətbuat xidmətinin regional qrupundan məlumat verilib.

Məlumat görə, 32 yaşlı Lvov sakini, idarə etdiyi “Peugeot” markalı minik avtomobillə hərəkətdə olarkən, hələlik müəyyən olmayan səbəblərdən yolun əks istiqamətinə çıxıb və qarşıdan gələn 65 yaşlı həmyerlisinin idarə etdiyi “Renault Scenic” markalı maşınla toqquşub.

Zərbənin təsirindən hər iki nəqliyyat vasitəsi deformasiyaya uğrayıb.

Qəza nəticəsində “Peugeot”un sürücüsü, onun 34 yaşlı sərnişini və “Renault”ın 73 yaşlı sərnişini aldıqları xəsarətlərdən hadisə yerində vəfat ediblər. “Renault” sürücüsü isə xəstəxanaya yerləşdirilib.

Faktla əlaqədar araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 

 

 

Xəbər xətti